Bazar , Sentyabr 20 2026
azfa

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb.

Güney Azərbaycan Mili Hərəkatının fəallarından bir qrupu aprel ayının 19-da Sulduz əhalisinin terrorist qruplar tərəfindən soyqırımının ildönümü ilə bağlı onların məzarı üzərində anım mərasimi keçiriblər.

Azərbaycanlı fəallar soyqırıma məruz qalmış insanların dəfn edildiyi məzara toplaşaraq Kürdüstan Demokrat Partiyası tərəfindən qətlə yetirilən azarbaycanlıların xatirəsini yad ediblər.

Məzarların üstünə güllər qoyularaq “1979-cu il Sulduz soyqırımı unudulmaz!”,  “ölüm olsun terrorizmə, şəhidlər ölməz!” və “vətən canım sənə fəda!” yazılı banerlər qaldırılıb.

Qeyd edək ki, Kürdüstan Demokrat Partiyası 1979-cu ildə Əbdül Rahman Qasımlunun başçılığı ilə Güney Azərbaycanın əzəli və tarixi torpaqlarına göz tikməklə kürdlərə muxtariyyət tələbi ilə Sulduzda silahlı hücuma keçib. Nəticədə dinc azərbaycanlı əhalidən çox sayda insan həmin hücumun qurbanı olub.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …