Cümə axşamı , May 15 2025
azfa

Suriya erməniləri Qarabağa döyüşə gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə mətbuatı Suriyanın quzeyində 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalionları da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib.

Haber7.com yazaır ki, Taha Tağlının məqaləsində bildirilir ki, Suriyanın quzeyində, YPG-nin nəzarətində olan bölgələrdə erməni qurdanı ötən ilin meyində qurulub. Üç bataliondan ibarət olan “Nubar Ozanyan” batalionunun sıralarına erməni əsilli suriyalılar daxil idi. İndi həmin bataionun 250 döyüşçüsü Ermənistanın Azərbaycana qarşı hücumlarında iştirak etmək üçün bölgəyə göndərilib.

Qeyd edək ki, Nubar Ozanyan 2017-ci ildə Türkiyə müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmiş və YPG-nin sıralarında döyüşən erməni terrorçusu olub. Onun adını daşıyan dəstə 2019-cu ilin avrilində, qondarma “soyqırım” ildönümü ərəfəsində yaradılıb və YPG-nin düşərgəsində təlim keçib. Daha sonra həmin erməni batalionu Türkiyə ordusunun Suriyanın quzeyində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı YPG-nin tərəfində döyüşüb.

Bundan əvvəl Türkiyə və Misir mənbələri Suriya və İraqdan minlərlə PKK terrorçusunun Ermənistan ordusunun tərəfində döyüşmək üçün İran üzərindən Qarabağa daşındığı haqda məlumat yaymışdılar.

Həmçinin yoxlayın

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …

ABŞ konqresmənləri Trampı İrandakı uran zənginləşdirməsini ləğv etməyə çağırıb

GADTB: ABŞ Konqresindəki 200-dən çox Respublikaçı nümayəndə və senator Donald Trampı İrana qarşı sərt mövqeyinə …

Bir cavab yazın