Şənbə , Aprel 20 2024
azfa

Suriyada dünya gücləri müharibə astanasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada cinayətkar Əsəd rejiminin İran adlanan ölkə və Rusiyanın dəstəyi ilə kimyəvi silahdan istifadə etməsindən sonra dünya gücləri üz-üzə gəlib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Suriya rejiminə məxsus 22 mühüm hədəfin xəritəsini hazırlayıb. Hədəflərin arasında İranın dəstəklədiyi qüvvələrlə bərabər, rus əsgərlərinin də olduğu Xüms, Tartus bazaları da var.

Məlumata görə, vurulması nəzərdə tutulan hərbi bazalarla bağlı Fransa, İngiltərə, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriyaya məxsus hərbi qərargahlar dəniz, hava və qurudan raketlə vurulacaq.

Suriyanın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Zəkəriyyə Molahafci də ABŞ-ın geniş xəritə hazırladığını, Suriyada 20-dən çox hərbi nöqtəni bir neçə gün ərzində vuracağını bildirib.

“Vurulması nəzərdə tutulan hədəflərin arasında hava limanları da var. Bundan başqa, Xüms, Dəməşq, Tartus, Hama, Hasəkə, Deyr əz-Zor və Rakka sərhədləri daxilində yer alan hərbi qərargahlar da müəyyən edilmiş hədəflər arasındadır”, – ekspert bildirib.

Bu arada isə ABŞ-ın “Donald Kuk” hərbi gəmisi artıq Suriya sahillərinə yaxınlaşıb.

Aralıq dənizində hərəkət edən gəmi Tartusdakı Rusiya hərbi dəniz bazasının 100 kilometrliyində özünə yer edib. Artıq Rusiya hərbi təyyarələri ən azı 4 dəfə gəmi üzərindən uçuş həyata keçiriblər.

ABŞ mətbuatı bu gəminin Suriyaya Kiprdən gəldiyini bildirib. Hərbi gəmi 60 ədəd “Tomaqavk” raketləri ilə təchiz edilib. Bundan başqa, bir neçə gün sonra daha bir ABŞ hərbi gəmisi olan “Porter”in də Suriyaya gələcəyi açıqlanıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebenzya ABŞ-ı Suriyaya zərbə endirməkdən imtinaya çağırıb. O, əks təqdirdə bunun ciddi nəticələrinin olacağını bildirib.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp 24-48 saat ərzində Suriya ilə bağlı sərt qərarın veriləcəyini deyib. CNN televiziyası isə ABŞ-ın Suriyanın helikopter bazasını bombalayacağını iddia edib.

Dünən həmçinin Suriyanın T-4 aviabazası raket hücumuna məruz qalıb. Suriyanın dövlət agentliyi SANA raket hücümunun ABŞ-ın təcavüzü olduğunu istisna etməsə də, Rusiyanın Müdafiə Nazirliyi aviazərbələrin İsrailin Hərbi Hava Qüvvələri tərəfindən endirildiyini açıqlayıb.

“İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbə endirib”, – idarədən bildirilib.

Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib.

“Fars” agentliyi sonradan raket zərbələri nəticəsində 3 iranlının öldüyünü bildirib. Rusiyalı hərbi ekspert Anatoli Nesmiyan bu bazada iranlı hərbçilərin olduğunu və Əsədin Hərbi Hava Qüvvələrini məhz onların nəzarətdə saxladığını iddia edib.

O, Duma şəhərinə kimyəvi hücumu da iranlıların həyata keçirdiyini deyib.

Xatırladaq ki, ötən ilin 7 aprelində ABŞ “Tomahavk” qanadlı raketləri ilə Suriyanın “Şayrat” aerodromunu darmadağıt etmişdi.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın