Suriyada kürd məsələsi ABŞ-Türkiyə danışıqları başladı

Türkiyə rəsmi Vaşinqtonla Suriyadakı bufer zonalar və kürdlərin taleyini müzakirə edir. Bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir bildirib ki, əsas müzakirə mövzusu kürdlərlə bağlıdır. Söhbət ABŞ-ın öz müttəfiqi, Türkiyənin isə terrorçu hesab etdiyi qruplaşmalardan gedir.

Çavuşoğlu qeyd edib ki, o, ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqlarda kompromisin əldə edilməsinə çalışacaq.

Nazir vurğulayıb ki, təhlükəsizlik zonası terrorizmlə mübarizə üçün olduqca vacibdir. Baxmayaraq ki, ABŞ Türkiyənin Suriya ərazisində kürd birləmələrinə qarşı əməliyyatdan çəkinməyə çağırır.

Təxmin olunur ki, Suriyada Türkiyə sərhədindən 30 km məsafədə bufer zona yaradılacaq.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın