Bazar ertəsi , Yanvar 24 2022
azfa

Təbri̇zdə azərbaycanlı siyasi məhbus Əli̇rza Fərşi̇yə azadlıq tələbilə di̇varlara şüarlar yazılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbri̇z şəhərində azərbaycanlı siyasi məhbus Əli̇rza Fərşi̇yə azadlıq tələbilə di̇varlara şüarlar yazılıb.

Bir qrup azərbaycanlı fəal Təbriz şəhərinin divarlarına şüarlar yazmaqla Əlirza Fərşiyə azadlıq tələb ediblər.

Beləliklə azərbaycanlı fəallar Əlirza Fərşi ilə bağlı çıxarılan ədalətsiz həbs qərarına etiraz edib və ona qarşı bu ədalətsizlik və təzyiqlərin dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, onsuz da günahsız yerə həbs edilən azərbaycanlı fəal Əli̇rza Fərşi̇yə qarşı saxta ittihamlarla yeni dosya hazırlanıb və bir neçə gün əvvəl xəbər vermədən və vəkilin iştirak olmadan fəala qarşı 50 ay həbs cəzası verilib. Hakim Fərşinin dosyada yer alan fakt və sübutları öyrənməsinə, hətta özünəmüdafiə ərizəsi hazırlamasına icazə verməyib.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Əlirza Fərşi 2014-cü ildə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …