Şənbə , İyul 27 2024
azfa

Təbriz küçələrində Orxun əlifbası və türk damğaları rəsm edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi farsların hücumundan sonra üzərində Orxun əlifbası və türk tayfalarının damğaları rəsm edilmiş maket yumurtaların yığışdırılmasına etiraz olaraq Təbrizin küçələrində azərbaycanlı fəallar tərəfindən Orxun əlifbası və türk damğaları rəsmlər çəkilib.

Təbrizl\ə yanaşı Məlikan şəhərində də divarlara azərbaycanlı fəallar tərəfindən orxun əlifbası ilə sözlər yazılıb.

Qeyd edək ki, Təbriz şəhərinin Bələdiyyəsi Novruz bayramı yaxınlaşmaqla üzərində Orxun əlifbası və 24 Oğuz tayfasının damğalarını, həmçinin ççərşənbə adətlərini əks etdirən yumurta maketlər şəhərdə quraşdırılmışdır.

İrqçi farsların Güney Azərbaycan türklərinə qarşı propaqandası nəticəsində Təbriz Bələdiyyəsi həmin maket yumurtaları yığışdırmağa məcbur olmuşdur.

https://t.me/GADTB1/34080

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …