Cümə axşamı , Mart 23 2023
azfa

Təbriz xanlığı

GADTB: Səfəvi dövründə Azərbaycanın 4 bəylərbəyliyindən biri olan Təbriz bəylərbəyliyi XVIII əsrin ortalarında – Nadir şah imperiyasının parçalanmasından sonra müstəqil xanlığa çevrildi. Daha dəqiq desək, Təbriz bəylərbəyliyinin mərkəzi yeni xanlığın yaranması üçün baza rolu oynadı. Xanlığın əsasını Dünbuli tayfasından olan Əmiraslan xan qoymuşdur. Mərkəzi Təbriz şəhəri olan xanlıq Xoy, Naxçıvan, Qaradağ, Sərab və Marağa xanlıqlar ilə sərhədlənmişdi.

Əmiraslan xan güclü siyasət yeridərək qısa bir zamanda Təbriz, Xalxal, Ərdəbil və Azərbaycanın bir sıra cənub əyalətlərini özünə tabe etmişdir. Azərbaycanın uzun illərdir əsas şəhəri hesab edilən Təbriz uğrunda mübarizəyə qoşulanların çox olması bu şəhərə tez-tez hücumlara, şəhərin əldən-ələ keçməsinə səbəb olur. Belə bir vəziyyəti görən Nadir şahın qardaşı oğlu İbrahim Mirzə güclü ordu ilə Təbrizə hücum edərək şəhəri ələ keçirir. Amma istəyinə tam nail ola bilmir. Çünki, bu zaman Məşhəd və İsfahanda üsyan baş vermiş, bunu eşidən İbrahim Mirzə Məşhədə üsyanı yatırmağa getmiş, lakin döyüş zamanı həlak olmuşdur.

Sonrakı hadisələr nəticəsində Fətəli xan Əfşar Təbrizi tutur və şəhərin idarəsini Nəcəfqulu xan Dünbuliyə tapşırır. Təbriz xanlığı müstəqilliyinə yalnız Urmiya xanlığı süqut etdikdən sonra qovuşur. Lakin, 1780-cı ildə isə xanlığın fəaliyyətinə son qoyulmaqla ərazisi Xoy xanlığına birləşdirilir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın