Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Təbrizdə Abbas Lisaninin şəkli ilə “Siyasi məhbusların həyatı qırmızı xəttimizdir” şüarı yazılmış plakat-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizin əsas küçələrindən birində rejimin həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Abbas Lisaninin şəklinin aşağısında “Siyasi məhbusların həyatı qırmızı xəttimizdir” şüarı yazılmış plakat asılıb.

Azərbaycanlı fəalların hazırlayıb asdığı şəkil insanların sıx hərəkət etdiyi küçələrin birindən asılıb və bir neçə saat asıldığı yerdə qalıb.

Asılmış plakatın üzərində türk və fars dillərində “Azərbaycanlı siyasi fəalların həyatı bizim qırmızı xəttimizdir” və “Lisani azad olsun” şüarları yazılıb.

Qeyd edək ki, koronavirusun zindanlarda, xüsusilə Ərdəbil zindanın yayılması və azərbaycanlı siyasi məhbusları, o cümlədən Abbas Lisaninin həyatını təhlükəyə salmasına baxmayaraq, rejimin onların müalicəsinə şərait yaratmaması Güney Azərbaycanda bu istiqamətdə etirazlara səbəb olub. Ona görə də son günlər Güney Azərbaycan şəhərlərinin əksərində milli-mədəni fəallar plakard, broşura, qrafit, divarlara yazılmış şüarlarla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Hgazırda azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Əli Vasiqi, Rza Vasiqi, Yusif Kari və s. məhbuslar rejimin zindanında qalmaqdadır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Xural TV-də “İran İsraillə müharibəyə başlarsa, nə itirəcək, nə qazanacaq?” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Bir cavab yazın