Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Ermənilər Qafana qatdığı Azərbaycan ərazisini tərk etməyə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilər Qafan şəhərinin Azərbaycanla sərhəd olacaq ərazisini tərk etməyə hazırlaşır.

Erməni əhalisi evlərini sökür, eləcə də müdafiə istehkam qurğularını dağıdırlar.

Kəlbəcərdə, Ağdamda və Laçında etdikləri kimi özlərindən sonra heç nə qoymaq istəmirlər.

Buna səbəb Qafan şəhərinin bir hissəsinin Azərbaycanla dövlət sərhədi olacağıdır.

Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz irəli çəkərək, Qafan, Gorus kimi şəhərlərini sərhədyanı ərazidən uzaqlaşdırıb, eləcə də Zəngilan, Qubadlı və Laçın kəndlərini Ermənistanın ərazisinə daxil edib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın