Şənbə , Yanvar 28 2023
azfa

Təbrizdə azərbaycanlı jurnalist təzyiqlərlə qarşılaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı jurnalist təzyiqlərlə qarşılaşıb. O etiraz aksiyalarını işıqlandırdığı üçün yaxalanıb və işinə qadağa qoyulub.

Təbrizdə yaşayan media fəalı və jurnalist Aydın Təbrizinin fəaliyyətinin molla rejimi tərəfindən qadağan edildiyi deyilir.

Sosial media fəlları son günlər Aydın Təbrizinin ETTELAAT İdarəsinə çağrılaraq dindirildiyini və ictimai şəbəkədə fəaliyyətini dayandırması üçün təzyiq göstərildiyini bildirirlər.

Azərbaycanlı jurnalistin etiraz aksiyalarına dəstək verməsi və hadisələri işıqlandırması ilə təzyiqlərlə qarşılaşdığı bildirilir.

Aydın Təbrizi bundan öncə də fəaliyyətlərinə görə təzyiq və həbsə məruz qalmışdır.

Həmçinin yoxlayın

Bayraqdar: Bu PUA-larımız inqilab edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib …

Güney Azərbaycandan Azərbaycanla həmrəyliyə çağırış

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Respublikasının …