Cümə axşamı , Noyabr 13 2025
azfa

Təbrizdə azərbaycanlılar “Təbriz 2018” mərasimini özləri açılış etdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi hətta Təbriz 2018-in açılış mərasimində türk milləti ilə düşmənçilik etdiyi üçün Azərbaycan türk milləti özü ayrıca milli rəqs qruplarının iştirakı ilə  Güney Azərbaycanın Təbriz şəhərinin “El gölü” parkına “Təbriz 2018” layihəsi üçün açılış mərasimi keçiriblər.

Açıllış mərasimi Azərbaycan bayrağı rənglərinin əks olunduğu bannerin nümayiş etdirilməsi ilə başlayıb. Bannerin üzərində türk dilində “Burası Azərbaycan, “Təbriz 2018”, Azərbaycanın milli rəqs qrupları” və ingilis dilində “Təbriz 2018”ə xoş gəlibsiniz” sözləri yazılıb.

Əhalinin böyük rəğbətini qazanan mərasimin sonunda “Qardaşa qardaşıq biz – Düşmənə düşmənik biz” və “Özgürlüklə hürriyyət – Yaşasın mədəniyyət” kimi şüarlar səsləndirilib.

Əhalinin keçirdiyi mərasimə rəsmi icazə verilməyib və irqçi fars rejiminin qüvvələri gənc fəalları həbs etmək istəsələr də iştirakçılar buna mane olublar.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …

Bir cavab yazın