Təbrizdə Saypa Zavodunun işçiləri tətilə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Saypa Avtomobil Zavodunun işçiləri aprelin 3-ü bazar günündən tətilə başlayıb.

İşçilərin zavodun satışına etiraz olaraq etirazlara başlayıblar.

Etirazçıların bildirdiyinə görə zavodun satılması 600 işçini işsiz qoyacaq. Etiraz edən işçilər həmçinin bildiriblər ki, bu günə qədər onlara təzminat ödənişi ilə bağlı şirkət rəhbərliyindən cavab ala bilməyiblər.

Etirazçılar zavodun satılması və onlara təzminat ödənilməməsinin onların onszu da ağır olan sosial durumlarını daha da pisləşdirəcəyini bildirirlər.

Qeyd edək ki, martın 9-da zavod işçiləri həyat şəraitinin pis və əmək haqlarının aşağı olmasına etiraz olaraq bir həftəlik tətilə başlamışdılar.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …