Cümə , Yanvar 3 2025
azfa

Təbrizin tarixi “Dar əl-Funun”u muzeyə çevrilmək yerinə anbara çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin tarixi elm mərkəzi olan “Dar əl-Funun” muzeyə çevrilmək yerinə anbara çevrilib.

Tehrandan sonra ikinci təhsil və elm mərkəzi olan Təbrizin tarixi “Dar əl-Funun” məktəbi hazırda ayaqqabı anbarı kimi istifadə edilir.

Təbrizin mərkəzində yerləşən və Qacar şahı Müzəffərəddin şahın vəliəhdliyi dövründə təsis edilən tarixi məktəbin hazırkı durumu yerli mədəniyyətsevərlərin narahatlığına səbəb olub.

Onlar bununla bağlı Mədəni İrs Nazirliyinə müraciət edib və tarixi binanın vəziyyəti barədə etirazlarını bildiriblər.

Təbrizin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Seyyid Ramin Əsbəqi faktı təsdiqləyib və Dar əl-Fununun bir hissəsinin ayaqqabı sexinə kirayə verildiyini deyib.

Təbrizin Dar əl-Funun tarixi məktəbi 1877-ci ildə təsis edilib və 25 fevral 2006-cı ildə 17500 nömtə ilə İranın milli əsərlərinin siyahısı qeydə alınıb.

Qeyd edək ki, Şərqi Azərbaycanda bu günə kimi tanınan və qeydə alınan tarixi abidələrin sayı 1800-dən çoxdur. Əyalət bu sahədə İranda ən çox tarixi abidəyə malik olan 5 əyalət arasında yer alır.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …