Şənbə , Sentyabr 19 2026
azfa

Təbriz əhalisinin vergi pulu ilə alınan metro vaqonları İsfahana aparılıb

GADTB: Təbriz əhalinin vergi pulu ilə alınan Təbriz metrosu üçün alınan metro vaqonları İsfahan şəhərinə aparılıb.

Bu barədə Təbrizin “Saqi Azərbaycan” nəşri Təbriz Şəhər Şurasındakı mənbələrinə istinadən məlumat yayıb.

“Azərbaycanlıların vergi ödənişləri və Şərqi Azərbaycan əyalətinin büdcəsi hesabına alınan vaqonlar İsfahana köçürülüb. Növbə Təbrizin ictimai nəqliyyatındadır, istifadəyə yararlı avtobusların da İsfahan şəhərinə veriləcəyi barədə xəbər təəccübləndirməyəcək”.

Qeyd edək ki, bundan əvvəl 2022-ci ildə də Təbriz metrosu üçün alınmış vaqonlar Şiraz şəhərinə verilmişdi.

Təbriz metrosunun tikintisinə 20 il bundan öncə İsfahan, Şiraz və Məşhəd şəhərlərinin metrolarından daha tez başlanılıb. Ancaq adıçəkilən şəhərlərin metrolarının əsas xətlərinin hamısının hazır olmasına baxmayaraq, Təbriz metrosunun tikintisi müxtəlif bəhanələrlə gecikdirilib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …