GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdə Maşınqayırma Zavodunun işçiləri etiraz olaraq tətilə davam edirlər.
İşçilər rəhbərliyin özbaşınalıqlarına, düzgün vəzifə təsnifatı qanununa riayət etməməsinə etiraz olaraq iki gündür ki, tətilə başlayıblar.
Zavod rəhbərləri ölkədə yaxınlaşan parlament seçkiləri ərəfəsində işçilərin tətil keçirməsi ilə bağlı xəbərlərin yayılmasından qorxurlar. Onlar işçiləri boş vədlərlə zavoda qaytarsalar da, fəhlələrin heç bir haqlı tələbi yerinə yetirilməyib.
Qeyd olunub ki, zavodun işçiləri bütün tələblərinin zavod rəhbərliyi tərəfindən yerinə yetirilənə qədər etiraz tətilini davam etdirəcəklərini bildirirlər.