Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Təbriz Traktor Zavodunun işçiləri işi dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Traktor Zavodunun işçiləri oktyabrın 25-dən yenidən tətilə başlayıblar.

İşçilər əmək haqlarının artırılması, iş yerlərinin bölgüsü və məhsuldarlığının artırılması tələbi ilə bağlı şirkət rəhbərliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsinə etiraz edərək, Əmək Şurasının yaradılmasını tələb edirlər.

Qeyd edək ki, keçən il Təbriz Traktor Zavodunun Mühərrik İstehsalat Şirkətinin işçiləri 9 gün tətil etmiş və rəhbərliyin muvafiq vədləri əsasında işçilər işə qayıtsalar da, zavod rəsmiləri heç bir vədinə əməl etməyib. Buna görə, işçilər yenidən tətilə başlamaq məcburiyyətində qalıblar.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …