
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə Ərk qalasını məhv etməyə çalışır.
14-cü əsrdə tikilmiş və Təbrizin simvolu sayılan Ərk qalası dağılmaq üzrədir.
Təbriz Şəhər Şurasının üzvü Ruhullah Rəşidi bununla bağlı xəbərdarlıq edərək deyib ki, tarixi abidənin cənub hissəsində yeraltı avtomobil parkının inşasına qərar verilib.
Ruhullah Rəşidi: “Tikintisi nəzərdə tutulan 200 avtomobillik yeraltı parkinq şəhərin trafik probleminin həllinə heç bir müsbət təsir göstərməyəcək, bu yalnız xüsusi bir qrupun istifadəsi üçün inşa edilir”.
Ərk qalasına qarşı bu təhlükə qalaya qarşı ikinci böyük təhlükədir. Bundan əvvəl 1981-ci ildə cümə namazı mərasimlərinin icrası üçün Ərkin çox hissəsi partlayıcı maddələr və bulduzerlər vasitəsilə dağıdılıb. Molla rejimi hər vasitə ilə Ərk qalasını dağıtmağa davam edir.