Bazar , Oktyabr 18 2026
azfa

Təbrizdə azərbaycanlı gəncin həbsindən 100 gün keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı gəncin həbsindən 100 gün keçir.

Azərbaycanlı gənc Mirəkbər Hüseyni Təbrizin mərkəzi zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Məlumata görə, onun döyülərək həbs edilməsindən bir neçə ay keçməsinə baxmayaraq, barəsində irəli sürülən ittihamlar və həbsinin səbəbləri haqda açıqlama verilmir.

Bildirilib ki, bu müddət ərzində fəal bir neçə dəfə saxta etiraf vermək üçün işgəncəyə məruz qalıb, ailəsi ilə görüş və telefon əlaqəsinə isə qadağa qoyulub.

Qeyd edək ki, Mirəkbər Hüseyni martın 24-də telefon vasitəsilə SEPAH-ın təhlükəsizlik idarəsinə çağırılıb və ora getdikdən sonra həbsə atılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …