GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən fevral ayının 21-də azərbaycanlı ziyalılar və milli-mədəni fəallar Beynəlxalq Ana Dili Günü münasibətilə öhtəşəm mərasim keçirdilər.
Mərasimdə azərbaycanlı milli-mədəni fəallar, şairlər, yazıçılar və ziyalılar iştirak edib. Mərasim Güney Azərbaycanın milli marşının oxunuşu ilə başlayıb.
Mərasimdə azərbaycanlı fəallar və ziyalılar çıxış ediblər. Həmçinin azərbaycanlı fəal Şahin Bərzgər çıxış edərək, həbsxanada Beynəlxalq Ana Dili Günü münasibətilə aclıq aksiyası keçirən azərbaycanlı siyası məhbusları himayə edib.