Çərşənbə axşamı , İyun 16 2026
azfa

Təbrizdə doktor Şəmsi Abbasəlizadə döyülərək həbs edilib

GADTB: Təbriz Tibb Elmləri Universitetinin müəllimi, mama-ginekoloq doktor Şəmsi Abbasəlizadə son etirazlar zamanı molla rejimin qüvvələri tərəfindən ağır şəkildə döyülərək beyin travması alıb, daha sonra isə naməlum yerə aparılaraq saxlanılıb.

Bu məlumatı azərbaycanlı hüquq müdafiəçisi və vəkil Qasım Bodi sosial şəbəkə X hesabında paylaşıb. Bildirilir ki, doktor Abbasəlizadə 2021-ci il etirazları zamanı da saxlanılmış, Aylər Həqqinin öldürülməsinə etiraz olaraq tələbə aksiyalarında iştirak etdikdən sonra isə bütün tədris və müalicə fəaliyyətlərindən uzaqlaşdırılmışdı.

Həmin dövrdə Təbrizin Əz-Zəhra xəstəxanasında klinik tələbələr və bir neçə müəllim 9 azər 1401-ci il tarixində onun ədalətsiz şəkildə vəzifədən kənarlaşdırılmasına etiraz olaraq tətil və etiraz aksiyası keçirmişdilər.

Yayımlanan məlumatlara görə, doktor Abbasəlizadə peşəkar həyatını tam şəkildə universitet və xəstəxanaya həsr etmiş, şəxsi maraqlardan uzaq, sırf tədris və müalicə işi ilə məşğul olmuşdur. Hazırda isə onun saxlanıldığı yer və səhhətinin vəziyyəti barədə heç bir rəsmi məlumat yoxdur.

Bu hadisə son günlər Təbrizdə və ümumilikdə Azərbaycanda həkimlərə, akademiklərə və etirazçı ziyalılara qarşı artan təhlükəsizlik təzyiqlərinin daha bir nümunəsi kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …