Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Avropa İttifaqı İrana qarşı cəbhəni genişləndirir: Yeni sanksiyalar hazırlanır

GADTB: Dünən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İranda davam edən etiraz aksiyalarını açıq şəkildə dəstəklədiklərini və İran ordusu ilə hakimiyyət strukturlarına qarşı əlavə sanksiyaların hazırlanacağını açıqlayıb. O, bununla bağlı “X” hesabında paylaşıb edib.

“Avropa özləri və gələcək nəsillər üçün azadlıq tələb etmək üçün həyatlarını təhlükəyə atan İranın cəsur qadın və kişiləri ilə tam həmrəydir. AB artıq insan haqlarının pozulması, nüvə silahının yayılması və Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyinə görə İrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Bu gün biz vacib dron və raket texnologiyalarının əlavə ixracını qadağan etməyi təklif edirik”, – deyə, o, bildirib.

Leyen deyib ki, AB-nin ali nümayəndəsi Kaya Kallas ilə birlikdə, İran rejiminin etirazçılara qarşı davam edən və qəddar repressiyalarına cavab olaraq yeni sanksiyalar paketi hazırlanır.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …