Şənbə , Oktyabr 17 2026
azfa

Təbrizdə etiraz edən tibb işçiləri təhdid edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə etiraz edən tibb işçiləri təhdid mesajları ilə hədələniblər.

Narazı tibb işçiləri maaşlarının aşağı olmasına və yüksək inflyasiya ilə bağlı məişət vəziyyətlərinin pis olmasına, eləcə də həddən artıq ağır iş şəraitlərinə etiraz ediblər.

Lakin bu haqlı etirazdan sonra Təbrizdə narazı tibb işçilərinə rejim tərəfindən təhdid mesajları göndərilib. Bununla bağlı narazı tibb işçilərindən biri səs yazısı paylaşıb.

Mesajda etirazları davam etdirəcəkləri halda onlara qarşı tədbir görüləcəyi və cəza tədbiri kimi maaşlarından vəsait tutulacağı ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …