Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi təbrizdə həbs etdiyi öyrənci fəalı təkadamlıq kameraya köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbriz zindanına saldığı Tələbə Hərəkatı fəalı Armita Pavir təkadamlıq kameraya köçürülüb.

Molla rejimi xanım fəala ailəsi ilə görüşə və telefon əlaqəsinə qadağa qoyub.

Bunun azərbaycanlı fəalın zindanda məhbuslara edilən basqılara etiraz etməsindən sonra baş verdiyi bildirilib.

Qeyd edək ki, Armita Pavir sonüncü dəfə 21 sentyabr 2023-cü il tarixdə tutulub, ” İran rəhbərini təhqir etmək və dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamına görə 22 ay 17 gün azadlıqdan məhrum edilib.

O, barəsində çıxarılan hökmü ədalətsiz adlandırıb və buna etiraz olaraq həbsxanada bir neçə dəfə aclıq aksiyası keçirib.

Armita Pavir Təbrizin “Şəhid Mədəni” Universitetinin molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi olub. O, 2022-ci ildə İran rejiminə qarşı xalq etirazlarının ildönümünə üç gün qalmış həbs edilib.

Psixoloji işgəncələr və ağır məhdudiyyətlər altında həbsdə olan Armita Pavir daha öncə göyərtəsində 176 sərnişin olan Ukrayna sərnişin təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında Sepah tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə bir il müddətinə təhsildən məhrum edilmişdi.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …