Cümə axşamı , Sentyabr 17 2026
azfa

Təbrizdə etirazlar amansız şəkildə yatırılıb

GADTB: Azərbaycanlı insan haqları fəalı Sina Yusifi “X” platformasındakı səhifəsində Təbrizdə internetə çıxış əldə edə bilən mənbəsinə istinadən şəhərdə vəziyyətin son dərəcə kritik olduğunu bildirib. Onun yazdığına görə, Təbrizdə etirazların yatırılması zamanı insanların yoxa çıxması, genişmiqyaslı həbslər və təhlükəsizlik qüvvələrinin birbaşa atəşi nəticəsində ağır xəsarətlər qeydə alınıb.

Məlumata əsasən, Təbrizdə yaşayan ailələrdən birinin oğlu etirazların ilk günündən bəri itkin düşüb və onun taleyi barədə heç bir məlumat yoxdur. Həmçinin 18 yaşlı bir gəncin saxlanıldığı, lakin harada tutulduğu və hansı şəraitdə olduğu barədə məlumatın verilmədiyi bildirilir.

Bu məlumatlarda qeyd olunur ki, cümə günü keçirilən etirazlar zamanı İmam Rza xəstəxanasında çalışan 10 həkim saxlanılıb. Eyni xəstəxanada çalışan bir intern həkim isə təhlükəsizlik qüvvələrinin açdığı birbaşa atəş nəticəsində gözündən ağır xəsarət alıb. Bildirilir ki, saçaq gülləsi onun eynəyindən keçərək gözünə daxil olub. Bundan başqa, şənbə günü baş nahiyəsindən güllə yarası alan dörd nəfər xəstəxanaya yerləşdirilib.

Sina Yusifi həmçinin vurğulayır ki, cümə günü şəhər boyu “kütləvi və kor-koranə həbslər” həyata keçirilib. Bu faktlar Təbrizdə qeyri-müəyyən müddətə faktiki olaraq “hərbi vəziyyət” yaradıldığını göstərir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …