Cümə axşamı , İyul 16 2026
azfa

Təbrizdə gün ərzində bir neçə partlayış baş verib

GADTB: Bazar ertəsi, 17 fərvərdin tarixində Təbriz şəhərində günün müxtəlif saatlarında partlayış səsləri və hərbi aktivliyin müşahidə olunduğu bildirilib.

Məlumata görə, səhər saatlarında şəhər üzərində bir döyüş təyyarəsinin uzun müddət uçuş etdiyi qeyd olunur. Şahidlərin sözlərinə əsasən, təyyarə təxminən 10–12 dəqiqə ərzində şəhər səmasında dövrə vuraraq uçuş həyata keçirib.

Yerli mənbələr saat 08:50 radələrində şəhər daxilində yerləşən hərbi hava bazası ətrafından iki nisbətən zəif partlayış səsinin eşidildiyini bildiriblər. Partlayışların gücü aşağı olsa da, hadisə yerindən qalxan qatı qara tüstünün şəhərin müxtəlif nöqtələrindən göründüyü qeyd olunur.

Bundan əlavə, saat 10:00 radələrində Təbrizdə sənaye obyektlərindən birində partlayış və yanğın baş verdiyi bildirilir. Hadisə nəticəsində yaranan tüstünün şəhərin müxtəlif ərazilərindən müşahidə edildiyi vurğulanır.

Hadisələrlə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib və yayılan məlumatlar müstəqil şəkildə tam təsdiqlənməyib.

Həmçinin yoxlayın

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Tramp: İran İslam Respublikası rəsmiləri 47 il ərzində hamını aldada biliblər

GADTB: ABŞ Prezidenti Donald Tramp Foks Nyus telekanalına müsahibəsində “İŞİD-i məhv etdiyiniz kimi, Sepahı da …