Bazar ertəsi , Noyabr 16 2026
azfa

Mərənddə üç azərbaycanlı fəalın saxlanıldığı bildirilir

GADTB: Mərənd bölgəsinin Ərbatan kəndində bir neçə azərbaycanlı fəalın saxlanıldığı barədə məlumat yayılıb.

Məlumata görə, saxlanılan şəxslər arasında 51 yaşlı Qulamrza Cavadı, 24 yaşlı Rza Cavanmərd və 61 yaşlı Əkbər Əbülfəthi də var. Bildirilir ki, onlar kənd sakinləridir və saxlanmaları ilə bağlı ailələrinə rəsmi izahat verilməyib.

Mənbələrin məlumatına görə, ailə üzvləri məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, saxlanılan şəxslərin harada saxlanıldığı, səhhət vəziyyəti və saxlanma səbəbləri barədə heç bir aydın məlumat əldə edə bilməyiblər.

Qeyd olunur ki, bu qeyri-müəyyənlik saxlanılan şəxslərin əsas hüquqlarının pozulması ilə bağlı narahatlıqları artırır.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …