Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Təbrizdə Koroğlu tamaşası səhnəyə qoyulub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məşhur Koroğlu tamaşası Təbrizdə yenidən nümayiş etdirilir.

Tamaşa 27 yanvardan etibarən Təbrizin “29 Bəhmən Mədəniyət və İncəsənət Mərkəzi”nin İqbal Azər zalında yenidən səhnəyə çıxarılıb.

Azərbaycanlı rejissor Yaqub Siddiq Camali mətbuata verdiyi müsahibədə hakimiyyət orqanlarının teatrın fəaliyyətinə münasibətini tənqid edərək, bildirib ki, pandemiya məhdudiyyətləri zamanı bir çox yerlər fəaliyyət göstərsə də, teatrın fəaliyyətinə qadağa qoyulmuşdu.

Yaqub Siddiq Camali deyib: “Pandemiya dönəmində restoranlar və digər insanalrın sıx toplaşdığı məkanlar karantin qaydalarına riayət edərək fəaliyyətə başladılar. Lakin bu müddətdə fəaliyyətə davam edə bilməyən tək bölmə tamaşa nümayişləri və konsertlər oldu. Bu bölmə başqa bölmələr qədər sağlıq protokollarına riayət edə bilməyəcəkmi?”

Qeyd edək ki, Koroğlu tamaşası Təbriz, Tehran, Əhvaz, eləcə də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və Türkiyə Cümhuriyyətində də səhnəyə qoyulub.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …