Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İranın qatil prezidenti Rəisinin 1988-ci il edamlarında rolunun araşdırılmasına çağırış edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın qatil prezidenti Rəisinin 1988-ci il edamlarında rolunun araşdırılmasına çağırış edilib.

Bir qrup Nobel Sülh Mükafatı laureatları və Birləşmiş Millətlər Təşkilatının keçmiş rəsmiləri hımin təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edərək İranda 1988-ci ildə minlərlə siyasi məhbusun kütləvi edam edilməsi, habelə İranın indiki prezidenti İbrahim Rəisinin bu məsələdə rolunun araşdırılmasını istəyiblər.

Birləşmiş Millətlərin 460 keçmiş hakimi və müfəttişi Mişel Baçeletə açıq məktub yazaraq xahiş ediblər ki, həmin dövrdə İran rejimi tərəfindən edam edilmiş 3 mindən çox məhbusun məsələsi ilə bağlı beynəlxalq araşdırma başlatsın.

Yanvarın 27-də yayılan bu məktubda bildirilib ki, sözügedən qətliamda prezident İbrahim Rəisi və ölkənin məhkəmə sisteminin indiki rəisi Qulamhüseyn Möhsüni Ejeinin də əli olub.

Qeyd edək ki, 1988-ci ildə İranın molla rejimi tərəfindən 3 mindən çox siyasi məhbus öz düşüncələrindən əl çəkmədikləri üçün edam edilərək İranın hər yerində kütləvi məzarlıqlarda basdırılıblar.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …