Cümə , Noyabr 27 2026
azfa

Təbrizdə molla rejimin ayrı-seçkilik siyasətinə etiraz; plakatlar açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İyulun 7-də bir qrup azərbaycanlı milli-mədəni fəal Təbrizdə yerüstü piyada keçidindən plakat asaraq ölkədə hakim ayrı-seçkilik siyasətinə etiraz ediblər.

Təbrizin Pasdaran magistralı üzərində asılmış plakatda həm ingiliscə, həm farsca mətndə yazılıb:

“İran coğrafiyası, ayrı-seçkilik coğrafiyasıdır”.

Qeyd edək ki, bu addım İranda prezident seçkilərinin keçirilməsindən sonra, əhalinin İran dövlətinin qeyri-fars xalqlara qarşı yürüdülən siyasətinə diqqətinin cəlb edilməsi məqsədi ilə edilib.

https://t.me/GADTB1/36048

Həmçinin yoxlayın

Kəleybərdə qızıl mədəninin kəşfiyyat işləri 50-dən çox kəndin içməli su mənbələrini təhlükə altına salır

GADTB: Şərqi Azərbaycan əyalətinin Kəleybər rayonunda Peğamçay su anbarının yuxarı axarında qızıl mədənində kəşfiyyat işlərinə …

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …