Çərşənbə , Oktyabr 14 2026
azfa

Təbrizdə tarixi abidə dağıdılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin qədim Əmizeynəddin məhəlləsində yerləşən qədim qəbristanlığın tarixi binası dağıdılıb.

Qacarlar dövrümə aid bina ağır texnika vasitəsilə tamamilə uçurulub. Halbuki, bundan əvvəl Mədəni İrs Təşkilatı abidənin bərpaa ediləcəyinə söz vermişdi.

Təbriz Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəisi Seyid Ramin Əsbəqi deyib: Təbrizin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi yenicə naməlum agentlər tərəfindən dağıdılan Təbrizin Əmizeynəddin məhəlləsinin tarixi və qeydiyyatdan keçmiş qəbiristanlığında tarixi tikilinin dağıdılmasının səbəbkarlarına qarşı bu gün rəsmi olaraq şikayət elan edib.

Qeyd edək ki, tarixi əsərin uçurdulmasının səbəbləri barədə açıqlama verilməyib. Həmin bina 26 iyun 2005-ci ildə 11979 npmrə ilə İranın tarixi əsərləri siyahısına salınmışdı.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …