Çərşənbə axşamı , İyul 28 2026
azfa

Güney Azərbaycanın Sarab bölgəsində 2800 illik abidə dağılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sərab bölgəsinin Qırxqızlar kəndindəki 2800 illik daş kitabə irqşi fars-molla rejimin laqeydliyi və ayrı-seçkilik siyasəti üzündən dağılmaqdadır.

Güney Azərbaycanda Urartu dövrünə aid daş kitabə tarixi əsər qaçaqmalçıları tərəfindən zədələnib.

Bir il əvvəl kitabənin qorunması ilə bağlı Mədəni İrs Təşkilatına müraciətlər cavabsız qalıb. Bu səbəbdən də son 1 il ərzində tarixi əsər daha bir neçə dəfə zədələnib, ətrafı və altında qazıntılar aparılıb.

Qeyd edək ki, Qırxqızlar kəndində dərədə qaya üzərində 5,4 metr uzunluğunda 12 sətirdən ibarət mixi yazılar həkk olunub.

Qədim Urartu yazısı və mixi əlifbasında olan daş kitabənin tarixi eramızdan əvvəl VIII əsrə aiddir. Yazılar Urartu hökmdarı Argişti ilə bağlıdır.

Daş kitabəyə yaxın ərazidə Urartu krallığına aid 21 qaladan birinin qalıqları da mövcuddur.

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …