Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Təbrizdə Urmiya gölü ilə bağlı aksiyalar davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərindən olan azərbaycanlı fəallar diqqəti qurumaqda olan Urmiya gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə yönəltmək üçün yeni aksiyalar keçiriblər.

Avqustun 6-da müxtəlif bölgələrdə keçirilən aksiyalar zamanı  Təbrizin ictimai yerlərində ekoloji problemi və azərbaycanlıların istəklərini əks etdirən plakatlar asılıb, posterlər yayılıb.

Urmu gölünün fotosu əks olunan plakatların üzərində ingilis dilində “Urmu gölünü xilas edin!”, “fars rasizminə yox!” və “Ədalət, Azadlıq, Milli hökumət!” şüarları yazılıb.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmiya, Xoy, Sulduz, Xiyav və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …