Bazar , Oktyabr 18 2026
azfa

Təbrizdə uşaqları Azərbaycan türkcəsində kitab oxumağa həvəsləndirmək məqsədilə kitablar paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Təbrizdə uşaqları Azərbaycan türkcəsində kitab oxumağa həvəsləndirmək məqsədilə yenidən yanvar ayının 2-də kitablar payladılar.

Bu məqsədlə dünən aszərbaycanlı fəallar uşaqlar və yeniyetmələrə çox sayda türk dilində nəşr olunan kitablar paylayıblar. Azərbaycanlı fəallar həmçinin fars şovinistləri tərəfindən Azərbaycan türkcəsində təhsilin qadağan edilməsinə etirazlarını bildiriblər.

Bu aksiya ilə azərbaycanlı milli fəalalr azərbaycanlı uşaqları ana dilində kitablar oxumağa həvəsləndirmək və qeyri-fars millətlərin dillərinə qarşı düşmənçilik siyasətinin pisləmişlər.

Qeyd edək ki, 1946-cı ildə İran rejiminin qoşunları Azərbaycana hücum edib və yenidən Azərbaycanı işğal etdikdən sonar Azərbaycan şəhərlərində soyqırım törədiblər. Onlar həmçinin dekabrın 17-də türk dilində nəşr olunan dərslik və kitabları kütləvi şəkildə yandırmaqla həmçinin mənəvi soyqırım törədiblər. Azərbaycanlı fəallar buna etiraz olaraq hər il azərbaycanlı uşaqlara türk dilində çap edilmiş kitablar paylayırlar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …