Bazar , Oktyabr 18 2026
azfa

Təbrizdə yaxalanan azərbaycanlı fəallar qeyri-müəyyən vəziyyətdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə yaxaladığı fəallar barədə məlumat verilmir. Ona görə də fəalların ailələri onların vəziyyəti ilə bağlı narahatdırlar.

Azərbaycanlı fəalların ailələri ailələri onların vəziyyətini izləmək üçün ədliyyə və təhlükəsizlik orqanlarına müraciət edərkən onlara uyğun olmayan cavab veriblər.

Rejimin ETTELAAT İdarəsi və məhkəmə orqanları bu məhbusların vəziyyətinə cavab verməyə hazır deyillər, halbuki bu fəalların bəzilərinin səhhətlərində ciddi problemlər var. Onların dərman və müalicə imkanlarının məhrum olması həyatlarını təhlükəyə salıb.

Sentyabrın 13-də rejimin məmurları azərbaycanlı milli-mədəni fəallar Əli Babai, Davud Şiri, Araz İbrahimnəjad, Əmir Hüseyn Ağai, Seyid Rza Müvəhhid və Cavad Sudbəri həbs edərək naməlum yerə aparılıblar.

Bundan öncədə bir neçə dəfə həbs edilən fəalların həbs səbəbləri və ittihamları barədə ailələrinə açıqlama verilməyib.

Azərbaycanlı fəalların 2022-ci il sentyabrın 17-dən İranda başlayan ümumi etiraz aksiyalarının ildönümündə gözləmnilən yeni etiraz daığası ilə bağlı həbs edildikləri ehtimal edilir.

Azərbaycanlı fəalları molla rejimin ETTELAAT İdarəsinin məmurları yaxalayıblar. Fəalların yaxalayan rejimin ETTELAAT məmurlarından ikisinin kimliyi məlum olub. Onlardan birin Cəlil Bədri, digərinin isə ETTELAAT-da azərbaycanlı fəalları dindirən Səid adlı rejimin məmurlarını müəyyənləşdirmək mümkün olub.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …