Bazar , Noyabr 15 2026
azfa

Təbrizdə yoxsulluğa etiraz olaraq banner quraşdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar dünən Təbrizdə molla rejiminin Güney Azərbaycana qarşı müstəmləkəçilik və məqsədli şəkildə yürüdülən ayrı-seçkilik siyasətinə etiraz olaraq, bannerlər hazırlayıb şəhərdə ictimai yerlərdə quraşdırıblar.

Azərbaycanlı fəalların hazırladığı bannerlərdə yazılıb:

“Güney Azərbaycan milləti bahalığın və yoxsulluğun süngüsü altında can verir;

Güney Azərbaycanın iqtisadiyyatının bilərəkdən iflic edilməsini pisləyirik!”;

“Azadlıq, Ədalət, Milli Hökumət!”;

“İnsanlara azadlıq, millətlərə istiqlal!”

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …