Bazar ertəsi , Noyabr 23 2026
azfa

Ərdəbildə azərbaycanlı milli məhbuslara dəstək kampaniyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Ərdəbildə azərbaycanlı milli məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib.

Ərdəbil şəhərində bir qrup azərbaycanlı fəal azərbaycanlı milli fəalların kütləvi şəkildə həbsinə etiraz olaraq divarlara qrafitlər çəkiblər.

Divarlara həkk edilən qrafitlərdə “Qırılsın isarət zəncirləri-açılsın azadlıq qapıları” şüarı əks etdirilib.

Ərdəbil divarları beləliklə azərbaycanlı fəallara dəstək şüarları ilə bəzədilib.

Qeyd edək ki, irqçi fars-molla rejimi çox sayda azərbaycanlı fəalı həbs edib. Son bir neçə gündə isə həbslərin yeni dalğası müşahidə edilir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəalların etiraz dalğası qarşısında İran mediası geri çəkildi

GADTB: Azərbaycanlı fəalların etirazlarından sonra İran televiziyası geri addım atmağa məcbur olub və Xəzər dənizinin …

Abbas Lisani və Yusif Kari təhlükəsizlik təzyiqləri qarşısında: “Milli mübarizəyə inam və əqidəmizdən bir addım belə geri çəkilməyəcəyik”

GADTB: Azərbaycanlı fəallar Abbas Lisani və Yusif Kari Evin həbsxanasında saxlanılmalarının ikinci ilinə daxil olublar. …