Şənbə , Aprel 20 2024
azfa

“Təbrizin sehrli nağılları” kitabını oxuyanlar çoxalır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son günlər İsrail və İran arasında diplomatik gərginliyin yaranmasına səbəb olan “Təbrizin sehrli nağılları” kitabını oxuyanlar çoxalmaqda davam edir.

Çox sayda azərbaycanlı və dünyanın tanınmış şəxsinin kitabla birlikdə şəkli yayılıb.

Həmçinin sosial şəbəkələrdə Roma Papası Fransiskin və İtaliya Prezidenti Mattarellanın qeyd olunan kitabla yayılmış şəkilləri də var. Bu şəkillər isə hələ 2019-cu ildə çəkilib. “Təbrizin sehrli nağılları” kitabı sözügedən şəxslərdən başqa dünyanın bir çox tanınmış ictimai-siyasi xadimlərinə, mədəniyyət və din adamlarına hədiyyə olaraq təqdim edilib.

Qeyd edək ki, kitab Azərbaycan Mədəniyyət Nazirliyinin, “BP Azərbaycan”ın və “PAŞA Həyat sığortası”nın birgə layihəsi çərçivəsində 2014-cü ildə çap edilib.

Kitabın müəllifi, professor Cəmilə Həsənzadə faktları təqdim edərək Azərbaycan miniatür rəssamlığının klassik dövrünü XIII əsrdəki ilk addımlarından XVI əsr Səfəvi dövründəki ən yüksək inkişaf nöqtəsinədək araşdırıb.

Kitabda orta əsrlərdə Azərbaycan miniatür sənətinin təkamülünün əsas mərhələləri və onun digər miniatür məktəblərinə təsiri əks olunub.

Qeyd edək ki, Bakı Kitab Mərkəzinin saytında (Baku Book Center) kitabın qiyməti 70 manatdır.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …