Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Urmiya gölünün bərpa tuneli terrorçu Sepah-ın ücbatından çatlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün bərpa tunelində terrorçu Sepah-ın ücbatından çatlar əmələ gəlib.

Bunun layihənin Sepah-ın “Xatəmələnbiya Qərargah”ı vasitəsilə tələsik və keyfiyyətsiz işlənilməsi ilə əlaqədar olduğu bildirilir.

İran Su və Enerji Sənayesinin İnkişafı Şirkətinin baş direktoru Kərim Şeybani Yekta 36 kilometrlik tunelin 750 metrinin çatladığını və bunun Urmiya gölünə su çəkilməsi prosesini gecikdirəcəyini deyib.

Şeybani problemin layihənin tamamlanması işinin tələsik həyata keçirilməsi ilə bağlı yarandığını söyləyib.

Qeyd edək ki, İran rejimi heç bir bacarığı olmayan Sepah vasitəsilə belə layihələri həyata keçirdiyi üçün, onlar olduqca keyfiyyətsiz olur və bu layihələr yalnız pul silmə xarakteri daşıyır.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …