Şənbə , İyun 15 2024
azfa

Tanınmış azərbaycanlı fəal Abbas Lisani əməliyyat olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı fəal və keçmiş siyasi məhbus Abbas Lisani əməliyyat olunub.

Abbas bəy martın 13-də Təbrizin Vəliəsr xəstəxanasında bel diskindən qapalı əməliyyat (ozon terapiyası) olunub.

Bundan öncə Abbas Lisani həbsdə olduğu müddətdə həkimlərin rəyinə baxmayaraq onun normal müalicəsinə imkan verilmədiyi üçün vəziyyətinin ağırlaşdığı və uzun müddətli müalicəyə ehtiyac duyulduğu bildirilirdi.

Qeyd edək ki, fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” deyib fevralın 23-də Ərdəbilə geri dönüb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəal …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil döyülərək zindanın karantin bölməsinə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Tehrandakı Evin zindanında həbsdə saxladığı azərbaycanlı …