GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tarixi Azərbaycanda ərazisi Ərakda “Azərab” şirkətinin işçilərinin etiraz aksiyası 2 gündür davam edir.
Şirkətin işçiləri əmək haqqı ala bilmədiyi üçün etiraz aksiyası keçiriblər.
Məlumata görə, “Azərab” şirkətinin işçiləri iyul və avqust aylarında əmək haqqı almayıb. Ondan öncəki aylarda da işçilər əmək haqqının bir hissəsini almayıblar.
Qeyd edək ki, “Azərab” Sənaye Şirkəti ölkədə ən iri miqyaslı holdinq şirkətlərindən biridir. İrqçi fars rejim dağıdıcı siyasətlə bütün zavodların tənəzzülünə səbəb olub.