Şənbə , Aprel 20 2024
azfa

Tehran Apellyasiya Məhkəməsi Əlirza Fərşi baədə ədalətsiz qərarı qüvvədə saxlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehrandakı məhkəməsi ana dili uğrunda mədəni fəaliyyət göstərən Əlirza Fərşinin apellyasiya şikayətini rədd edərək, daha əvvəl rejimin məhkəməsinin 4 il 2 ay həbs və ictimai-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı fəalı şərləyərək martın 31-də İslam Cəza Qanununun 610-cu maddəsinə istinadən “ölkə təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 6 ay, eyni qanunun 500-cü maddəsinə istinadən “Sistemə qarşı təbliğat” ittihamı ilə 8 ay həbs cəzasına məhkum etmişdi.

Həmçinin rejimin Tehran şəhərindəki İnqilab Məhkəməsinin 26-cı şöbəsi fəalı sevilən mədəni və xeyriyyə əməllərinə görə şərləyərək  “Keçmişdə cinayət törətmə”də ittiham edib və buna görə onu 2 il müddətinə ictimai fəaliyyət göstərmək, partiya və qruplara üzv olmaq hüququndan məhrum etmişdi. Onun haqqında 2 ay hər gün 4 saat olmaqla Tehran bələdiyyəsində icbari işə cəlb olunmaqla bağlı qərar çıxarmışdı.

Rejimin Tehrandakı apellyasiya məhkəməsinin 36-cı şöbəsi həmin ədalətsiz ilkin məhkəmənin hökmünü eynən qüvvədə saxlayıb.

Tehran məhkəməsinin qərarı bir neçə gün öncə Əlirza Fərşiyə açıqlanıb. O, bazar günü may ayının 23-də öz yaxınları ilə telefon danışığında bu barədə məlumat verib.

Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı qərara əsasən, “Əlirza Fərşi “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olma” ittihamı ilə əlaqədar 3 il və 6 ay, “Sistemə qarşı təbliğat” ittihamından isə 8 ay həbs cəzası alıb. Həmçinin Fərşinin ‘məhkumluq keçmişi’ diqqətə alınaraq, dəstələr, cəmiyyətlər və qruplara üzv olmaqdan 2 il məhrumiyyət, habelə Tehran Bələdiyyəsində hər gün 4 saat olmaqla, 2 ay məcburi əmək cəzası da hökmə əlavə edilib.” Qeyd edək ki, bu yalan ittihamlar Fərşi Ana Dili Mərasimində iştirakı ilə bağlı həbsdə olduğu vaxt ona qarşı irəli sürülüb. Yəni o həbsdəykən rejim onu bu qədər ağır maddələrlə şərliyiblər.

Əlirza Fərşinn rəhbərlik etdiyi “Kəndimiz Vəqfi” keçən illərdə İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərə türkcə kitablar hədiyyə edirdi. Fərşi həmin vəqfin fəaliyyətlərinin ona qarşı çıxarılan hökmdə dəlil hesab edildiyini bildirib.

Fərşi göstərdiyi milli-mədəni fəaliyyətləri səbəbilə daha əvvəl universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O hazırda Tehran zindanında dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə məhkum olduğu 2 illik həbs cəzasını çəkməkdədir.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …