Cümə , Aprel 19 2024
azfa

Tehran rejimindən qaçanı qovarlar prinsipi: Azərbaycan Respublikası tarixini təhrif etsin

İran adlanan ölkə Azərbaycan Respublikasına təzyiq göstərib bəzi Azərbaycan hakimiyyətini qonşuluq xatirinə bəzi güzıştlərə getməyə vadar edəndən sonra indi kəskin şəkildə “qaçanı qovarlar” prinsipindən istifadə edir. Artıq Azərbaycan Respublikasından öz neçə min illik tarixini və kimliyini dəyişib təhrif etməsi tələbinin layihəsinə start verilib.

İran dövləti vasitəsilə Azərbaycanın milli mənafeyinə qarşı son illər davamlı təşkil edilən və əslində bir quruma çevrilən “Gülüstan və Türkmənçay” müqavilələrindən irəli gələn məsələlər və nəticələri” adlı konfransın elmi katibi dr. Müctəba Sultani Əhmədi və icraçı katibi Rəhim Nikbəxt İran adlanan ölkənin Təhsil Nazirliyinə müraciət edib Azərbaycan Respublikası ilə müzakirəyə girib, Azərbaycan tarixini, eləcə də Azərbaycan Respublikasında bütün tarix dərsliklərində tədris edilən Azərbaycan tarixini İran istəyən formada dəyişdirilib təhrif edilməsi üçün işçi qrupu yaradılmasını tələb ediblər.

Müraciətin sonunda həmçinin təklif edilib ki, Azərbaycanın tarixi mətnlərinin, eləcə də Azərbaycan Respublikasının tarix dərsliklərinin dəyişdirilməsində İran tarix mütəxəssislərindən (İran dövləti tərəfindən Anti-azərbaycan və anti-türk tarixçilər nəzərdə tutulur) istifadə edilsin.

Qeyd edək ki, İran rejiminin Azərbaycan Respublikasına qarşı düşmənçilik siyasəti kəskin şəkildə davam edir. Azərbaycan Respublikası bu siyasətin qarşısında geri çəkilib, bir növ İranın təbirincə desək qaçsa da, İran rejimi düşməncəsinə qovmaqda və öz istəklərini qəbul etdirməkdə davam edir. Azərbaycan Respublikasında İran əleyhinə bircə sayt belə olmasa da, İran dövlətinin onlarca saytı, mərkəzi və müəssisəsi Azərbaycan Respublikasına qarşı fəaliyyət göstərməkdədir. “Arannews”, “Qafqaz”, “Azəriha” və s. o sıradandır. Üstəlik İran rejiminin onlarla saytı Azərbaycanın Dağlıq Qarabağ ərazisini müstəqil dövlət kimi tanıyır və Dağlıq Qarabağa turları təbliğ və təşkil edirlər. İran İslam İqilabı Mühafizə Korpusunun (SEPAH Dağlıq Qarabağda layihələr icra edir və rejim oraya göndərdiyi hərbiçilərinə bir dəfəlik istifadə edilən kağız pasportlar verdiyi də heç kimə sirr deyildir. İran rejiminin Azərbaycanın daxili işlərinə qarışması isə kəskin şəkildə davam edir. Nardaranda İranın əli ilə dövlət çevrilişinin qarşısının alınmasından sonra öldürülən İran əlaltılarına İran rejimi şəhid statusu verib, onlara rəsmi mərasimlər təşkil edir. Həmçinin Nardaran hadisələri ilə bağlı sənədli film çəkiblər və 1 yanvar 2018-ci il tarixində Tehranda ilk dəfə ekrana gedəcək.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Bir cavab yazın