Bazar , Oktyabr 25 2026
azfa

Aksiyalar davam edir; çoxsaylı ölü və yaralı, dövlət müəssisələri yandırıldı

Güney Azərbaycanın Zəncan, Əbhər, Həmədan, Qəzvin, Kərəc və s şəhərklərinin də qatıldığı İran rejiminə qarşı etiraz aksiyalarında ilkin məlumata görə Dorud şəhərində 3 nəfər ölüb. Çox sayda əhalı yaralanıb və tutulanların da sayı hələlik məlum deyil.

Onlarla şəhəri bürüyən küçə yürüşlərində rejimə və Xamneyiyə qarşı şüarlar səsləndirilib. Bəzi şəhərlərdə polis maşınları və hətta polis idarələri yandırılıb. Kərəc şəhərində Ədliyyə binası etirazçılar tərəfindən tutulub və dosyalar yandırılıb.

Güney Azərbaycanın Zəncan şəhərində dekabrın 30-u axşam saatlarında on minlərlə insanın rejimə qarşı q etirazlarında, motosiklet sürən yaraqlı rejim qüvvələri azərbaycanlı aksiyaçıların qəzəbindən vahiməyə düşərək qaçmaq məcburiyyətində qalıblar.

Tehranda və çox şəhərlərdə gecə gec saatlarına qədər aksiyalar davam edib. Güney Azərbaycan şəhərlərinin əhalisi aksiyaya ancaq Güney Azərbaycanın istiqlal tələbi ilə qatılmağı qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın