Şənbə , İyul 27 2024
azfa

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil olan magistr tələbəsi və Azərbaycan Öyrənci Hərəkatının fəallarından olan Səid Musanejad intihar edərək həyatına son qoyub.

Məlumata görə, onun cansız bədəni mayın 2-də universitetin yataqxanasındakı otağında tapılıb.

Tehran Universitetinin Sosial Elmlər Fakültəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi Səid Musanejadın vəfatını təsdiqləyib. Onun ailəsinə və qrup yoldaşlarına başsağlığı verilib.

Səid Musanijad Azərbaycan tələbə hərəkatının aktivisti və Ərdəbil şəhərindəndir.

O, intihardan bir neçə saat əvvəl öz İnstaqram hesabında sonuncu vidalaşma sözlərini paylaşmışdır.

Qeyd edək ki, İranda tələblər, həkimlər və tibb bacıları sıralarında intihar statistikası bir neçə ildir ki, artıb.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …