Cümə , Sentyabr 20 2024
azfa

Tehranda həyəcan siqmalı çalımdı; Tehrana uçan Türkiyə yəyyarəsi Bakıya döndü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yanvarın 29-dan 30-na keçən gecə Tehranın hava hücumuna qarşı həyəcan siqnalı işə düşüb.

Həyəcan siqnalının səsi Tehranın qərb hissəsində eşidilib, sosial şəbəkə istifadəçiləri həmin anlara dair kadrları yayıblar. Tehran sakinləri son 30 ildə belə hadisənin baş vermədiyini deyirlər.

İran rəsmiləri zidiyyətli açıqlamalar verib. Tehran əyalətinin rəhbərliyi həyəcan siqnalının işə düşməsinin səbəbini “təşkilatlardan birinin sistemində baş vermiş xəta” olduğunu bildirib. Həyacan siqnalı dayanıb, amma onun işə düşməsinin səbəbləri ilə bağlı müxtəlif məlumatlar hələ də yayılmaqdadır.

Tehranda həyəcan siqnalının işə düşdüyü dəqiqələrdə Türkiyənin “Turkish Airlines” hava yolları şirkətinin  İstanbuldan Tehrana uçan TK874 bort nişanlı sərnişin təyyarəsi kursu dəyişib və Bakıya istiqamət alıb. Təyyarə yerli vaxtla saat 00.05-də Tehrana enməliydi, amma şəhərin üstündə bir neçə dövrə vurduqdan sonra kursu dəyişib və Heydər Əliyev Bakı Beynəlxalq Aerportuna enib.

Tehranın İmam adına Beynəlxalq Aeroportunun rəsmisi Fərşid Hüseyni İSNA agentliyinə müsahibədə yalandan iddia edib ki, “əlverişsiz hava şərtlərinə görə”, “Turkish Airlines” şirkətinin təyyarəsinin pilotu aerporta enməməyi qərara alıb. Təyyarə Bakıya uçub və hava şərtləri normallaşan kimi yenidən Tehrana uçacaq.

Lakin təyyarənin kursunu dəyişməsinin  əslində Tehranda hava hücumundan müdafiə sisteminin həyacan siqnalının işə düşməsi ilə əlaqəli olduğu ehtimal edilir. İran KİV-ləri həyacan siqnalının işə düşdüyü dəqiqələrdə Tehran aeroportu rayonuna elektrik enerjisi təchizatının dayandığını, uçuşların təxirə salındığını xəbər verirdi.

Həmin dəqiqələrdə aviareysləri monitorinq edən internet saytları Tehran üzərində bütün aviauçuşların dayandığını qeydə alıb. Bu, son 30 ildə ilk dəfə qeydə alınır. Bəzi ehtimallara görə İranın hava hücumundan müdafiə sisteminə kiberhücum həyata keçirilib və sistem işə salınıb. Habelə GPS sisteminin də işinin pozulduğu bildirilirdi.

İranın bütün Hava Nəqliyyatı Şirkətləri, nüvə sənayesi müəssisələri, polis və s. orqanların saytı sıradan çıxıb. Qeyri-rəsmi mənbələrin yazdığına görə İsrailin F-35 təyyarələri Tehran üzərində uçub və Nətənz Nüvə Mərkəzini təchizatla təmin edən anbar Tehranda bombalanıb.

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …