Şənbə , Mart 15 2025
azfa

Terrorçu sepahın həbs etdiyi Məlihə Bərqi Sədəqianidən heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terorçu sepahının həbs etdiyi azərbaycanlı jurnalist və milli fəal Məlihə Bərqi Sədəqianidən heç bir xəbər yoxdur.

Azərbaycanlı fəal 40 gündən çoxdur ki, Urmiyada zəndanda həbsdədir. Urmiya zindanında koronavirus infeksiyasının yayılması üzündən azərbaycanlı fəalın həyatı təhlükədədir.

Qeyd edək ki, azərbaycanlı jurnalist və milli fəal Məlihə Bərqi Sədəqiyani Urmu Yazarlar Birliyinin üzvü və “Yurdsəs” saytı, eləcə də Telegram kanalının müdiridir. O mart ayının 1-də terrorçu sepahın ETTELAAT qüvvələri tərəfindən yaxalanmışdır.

Hələlik fəalın nədə ittiham edildiyi məlum deyil. Lakin terrorçu sepahın ETTELAAT qüvvələri fəalı “ictimai asayişi qpozmaq” ittihamı ilə şərləyiblər.

Azərbaycanlı fəalın Urmiyada seçki təbliğatı zamanı fəallıq göstərməsi və azərbaycanlı şəxslərin millət vəkili seçilməsini təbliğ etməsinə görə Antiazərbaycan rejimin qəzəbinə tuş gəldiyi bildirilir.

Məlihə Bərqi Sədəqiani yaxalandıqdan bir ay əvvəl bildirmişdir ki, bir il çalışamdan sonra “Yurdsəs” Xəbər Saytına lisenziya ala bilib.

Həmçinin yoxlayın

Uitkoff Moskvadan Bakıya gəldiyi iddia olunur

GADTB: ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk …

Molla rejimi azərbaycanlı körpəyə Xaqan adına 7 dəfə doğum haqqında şəhadətnamə verməkdən imtina edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı …

Bir cavab yazın