Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Tiflis və Astana Orta Dəhlizlə bağlı saziş imzaladı

GADTB: Gürcüstan və Qazaxıstan Orta Dəhlizin inkişafı və səmərəliliyinin artırılması ilə bağlı saziş imzalayıb.

Sənəddə dəhliz üzrə infrastrukturun inkişafı və nəqliyyat daşımalarının səmərəliliyinin artırılması istiqamətində yeni tədbirlər müəyyən edilib. Bu, həmçinin dəmir yolunda təhlükəsizliyi artıracaq, qlobal ticarət və nəqliyyatda Gürcüstan və Qazaxıstanın gələcək mövqelərinə müsbət təsir göstərəcək.

Qeyd edilib ki, 2022-2027-ci illər üçün Yol Xəritəsi 2022-ci il noyabrın 25-də Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı məqsədilə Gürcüstan, Qazaxıstan və Azərbaycan nümayəndələri arasında Aktauda keçirilən görüşdə imzalanıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu nəqliyyatı sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb. Dəhliz marşrutu hazırda Çin sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.

2022-ci ilin iyununda Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri üçtərəfli və regional əməkdaşlığın artırılması, Xəzər dənizi üzərindən Yaxın Şərq-Qərb dəhlizinin potensialının inkişaf etdirilməsi barədə razılığa gəliblər. Türkiyə Gürcüstanın tranzit marşrutunun bir hissəsi kimi dəhlizə daxil edilməsi təşəbbüsü ilə çıxış edib.

Həmçinin yoxlayın

Sevginin anası 277 günlük mübarizə sonra övladı üçün Tehran Vətəndaşlıq Qeydiyyatı İdarəsindən doğum şəhadətnaməsi ala bildi

GADTB: Şimali Xorasan vilayətinin Şirvan rayonundan olan, Tehranın Bumehn şəhərində yaşayan xorasanlı türk ana 9 …

Britaniya: İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verə bilmərik

GADTB: Britaniyanın baş naziri Endi Börnham bildirib ki, ölkəsinin hökuməti ABŞ və İsrailin İranla müharibəsinə …