Şənbə , Sentyabr 19 2026
azfa

GADTB-nin 29 Oktyabr- Türkiyədə Cümhuriyyətin 100 illiyi münasibətilə bildirişi

GADTB: 29 oktyabr Türkiyədə Cümhuriyyətin qurulduğu gündür. Bu il Türkiyədə Atatürk tərəfindən Cümhuriyyətin elan olunmasından 100 il ötür.

Əsasən dünyanın müstəmləkəçi dövlətlərinin Osmanlı dövlətinə hər tərəfdən hücuma keçməsi I Dünya müharibəsi dövründə böyük türk dövlətinin böyük hissəsinin işğalı ilə nəticələnmişdi. Belə ağır durumda Mustafa Kamal Atatürkün öndərliyində 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşı başlandı. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyədə türk millətinin milli mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Cümhuriyyəti elan olundu. Milyonlarla türkün qanı bahasına yaranan Türkiyə Cümhuriyyətı tarixin ən ağır sınaqlarından keçmiş bir milli zəfərdir. Bütün dünyanın düşmən çabalarına qarşı yeni Türkiyənin yaranması türk insanının iradəsini ortaya qoymuş oldu. Böyük Atatürkün öndərliyində cümhuriyyıtin elan olunması böyük dayanışmanın, gərgin dirənişin ən gözəl nümunəsidir.

100 il öncə qurulan Türkiyə Cümhuriyyəti bu gün dünya türklərinin hər birinin umud yeri hesab edilir və dünyada böyük çəkiyə və rola malik güclü dövlətdir.

Dünya türklərinin umud yeri, Türk Dünyasının aparıcı dövləti olan Türkiyənin Cümhuriyyət bayramı təkcə Türkiyənin deyil, bütün dünya türklərinin bayramıdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu bayram münasibətilə Türkiyə dövlətini, türk millətini və Türk Dünyasını təbrik edib və Türkiyənin daha da güclənməsini arzu edir.

Cümhiriyyət bayramın mübarək Türkiyə!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …

Təbrizdə SEPAH-ın Kəşfiyyat İdarəsinin müdaxiləsindən sonra döyülən yeniyetmənin ailəsi çağırılıb

GADTB: Təbrizdə bir yeniyetməyə qarşı polis əməkdaşlarının zorakı və təhqiramiz davranışını əks etdirən videonun geniş …