
GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi 100 faiz həll ediləcək, ancaq o, zorakılıq olmayan həll yoluna üstünlük verir.
“İranla həll ya zorakılıqla, ya da qeyri-zorakılıq yolu ilə olacaq, ancaq onlar nüvə silahı əldə etməyəcəklər”, – deyə, Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, “İran tez addım atmalı olduğunu bilir, əks halda, bunun pis nəticələri olacaq”. / Azad İran