Şənbə , Noyabr 28 2026
azfa

Tramp yük maşınlarının Fordo obyektindən heç nə çıxara bilmədiyini deyir

GADTB: Tramp yük maşınlarının Fordo obyektindən heç nə çıxara bilmədiyini deyir.

ABŞ prezidenti Donald Tramp “Truth Social”-da bununla bağlı yazıb:

“Ərazidəki avtomobillər və kiçik yük maşınları obyektin üst hissəsini doldurmağa çalışan betonlama işləri görənlərə məxsus idi. Ərazidən heç nə çıxarılmadı. Bu, çox uzun çəkər, çox təhlükəli olardı və daşınması çətin olardı!”

Bundan əvvəl “The Washington Post” ABŞ-nin zərbələrindən iki gün öncə yeraltı kompleksə giriş yolunda 16 yük maşınını göstərən Fordo obyektinin peyk şəkillərini dərc etmişdi. Ertəsi gün onların çoxu obyektdən təxminən bir kilometr uzaqlaşdı.

Həmçinin yoxlayın

Kəleybərdə qızıl mədəninin kəşfiyyat işləri 50-dən çox kəndin içməli su mənbələrini təhlükə altına salır

GADTB: Şərqi Azərbaycan əyalətinin Kəleybər rayonunda Peğamçay su anbarının yuxarı axarında qızıl mədənində kəşfiyyat işlərinə …

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …